Həmilton: “Karyeram hələ bitməyib”

Britaniyalı “Mercedes” yarışçısı Lüis Həmilton hazırkı komandada qalmaq istədiyini etiraf edib. 

Allsport.az xəbər verir ki, Lüisin sözlərinə görə, o, “Mercedes”lə hələ yeni müqavilə bağlamayıb, lakin tərəflər hazırda bunun üzərində işləyirlər.

Yarışcı məsələ ilə bağlı belə deyib:

“Mən tezliklə dayanmağı planlaşdırmıram. Karyeram hələ bitməyib. Mən zirvədəyəm. Hər şey nə qədər çalışdığımdan və özümü formada saxlamağımdan asılıdır”.

Həmin kateqoriyadan