- Baxış sayı: 34
- 02 Noyabr 2026 10:00
- Baxış sayı: 262
- Oktyabr 25, 2026
- 0

Formula-1 Avropa qran-prisinin 1-ci test yürüşündə maraqlı hadisə baş verib. Allsport.az saytı xəbər verir ki, “Haas” komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.
Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. Sürücü dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.
“Red Bull Racing”in pilotu Daniil Kvayt da eyni aqibətlə üzləşib. Qeyd edək ki, hazırda ən yaxşı göstərici “Mercedes”in pilotu Luis Hamiltona məxsusdur.