- Baxış sayı: 64
- 23 Oktyabr 2026 16:45
- Baxış sayı: 558
- Oktyabr 21, 2026
- 0

Macarıstanın paytaxtı Budapeştdə reytinq turnirinə start verilib.
Allsport.az xəbər verir ki, ilin son reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə milli komandanın 3 üzvü xalçaya çıxıb.
Onlardan ikisi fəxri kürsüyə qalxıb. İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub.
Olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.