- Baxış sayı: 53
- 24 Sentyabr 2026 19:38
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

Mayın 19-da Azərbaycan milli antidopinq agentliyi (AMADA) “Bali-2023” dünya çimərlik oyunları ilə bağlı idmançılar ilə görüş keçirib.
Allsport.az xəbər verir ki, tədbirdə AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Hacıyeva çimərlik oyunları zamanı dopinq nəzarəti, bu sahədəki yenilik və dəyişikliklərlə bağlı məlumatları idmançılarla bölüşüb.
İclas iştirakçıları antidopinqlə bağlı idmançıların hüquq və öhdəlikləri, o cümlədən terapevtik istisna icazəsi üçün müraciət və icazənin verilmə şərtləri, məkan məlumatı, “İynəyə yox” siyasəti və digər məsələlərlə bağlı ətraflı məlumatlandırılıb.