“Məqsədim çempion olmaq idi, amma hakimlərin bəzi məqamlarda yanlış qərarları buna mane oldu”

Bakı idman sarayında güləş üzrə U-23 Avropa çempionatında bu gün 5 çəkidə mükafatçılar bilindi. Yunan-Roma üsulu ilə çıxış edənlərin mübarizəsində 55 kq-da Rəşad Məmmədov 3-cü yer uğrunda görüşdə ukraynalı İvan Stefanskiyə 7:0 qalib gəldib. O, allsport.az saytına bunu açıqladı:

“Bu, 23 yaşlılar arasında ilk beynəlxalq yarışım idi. Sevindirici haldır ki, paytaxtda keçirilən məsul sınaqda medalsız qalmadım. Məqsədim çempion olmaq idi, amma hakimlərin bəzi məqamlarda yanlış qərarları buna mane oldu. Allah qoysa, qarşıdakı yarışlarda daha gözəl nəticələr qazanmağı düşünürəm”.

Həmin kateqoriyadan