Medvedevin rəqibi bilindi

Rusiyalı tennisçi, dünyanın 4-cü raketkasi Daniyel Medvedevin Monte Karloda keçirilən Masters yarışının 2-ci raundunda rəqibi müəyyənləşib.

Allsport.az xəbər verir ki, bu fransalı Qael Monfilsdir.

1/32 finalda ATP reytinqində 40-cı yeri tutan Monfils avstraliyalı Cordan Tompsonla qarşılaşmalı idi, lakin o, yarışdan çəkilib. Nəticədə Fransanın digər təmsilçisi Aleksandar Vukic fransalıya rəqib olub.

İdmançılar arasında 2 saat 14 dəqiqə davam edən görüş Monfilsin güclü iradəli qələbəsi ilə başa çatıb – 6:7 (7:9), 6:3, 7:5.

Həmin kateqoriyadan