“Ocaq idman” klubu Xırdalanda

“Ocaq idman” klubunun Xırdalanda yeni bölməsi açılıb.

Allsport.az xəbər verir ki, açılış mərasimində gənc idmançıların çıxışı nümayiş etdirilib.

Bölmədə gimnastika, taekvondo, şahmat, cüdo, rəqs və üzgüçülük idman növləri ilə qrupları fəaliyyət göstərəcək. Azərbaycan Gimnastika Federasiyasının meneceri Surxay Qarayev İdman.bizə bu barədə məlumat verib: “Ocaq İdman” klubu fəaliyyətini genişləndirir. Ötən il klub 10 illiyini qeyd edib və uşaqların idmana marağı bizi çox məmnun edir. Xırdalanda yeni açılan bölmədə gimnastika, taekvondo, şahmat, cüdo, rəqs və üzgüçülük seksiyaları fəaliyyət göstərəcək. Ümid edirəm ki, burada idmana böyük maraq olacaq”.

Həmin kateqoriyadan