- Baxış sayı: 63
- 15 May 2025 11:21
- Baxış sayı: 61
- May 22, 2025
- 0
Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu şərəfli etimad boksçu Teymur Məmmədova göstərilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə seçim barədə bunu deyib:
“Biz bayraqdarın adını olimpiya oyunlarının açılışına bir həftə qalmış təqdim edəcəyik. Bu, bir çox məsələdən, o cümlədən idmançının açılış mərasimində olub-olmamasından asılıdır.
Biz bayraqdarı güləşçilərdən, taekvondoçulardan da seçə bilərdik. Ancaq həmin vaxt onlar Braziliyada olmayacaqlar. Onlar yarışa hazırlaşdıqları üçün bir müddət sonra gələcəklər”.