Olimpiya şəhərində AOK-un tədbirində ölkəmizi Azər Əliyev və Anar Bağırov təmsil ediblər

Yunanıstanın qədim Olimpiya şəhərində, Beynəlxalq olimpiya akademiyasında, Avropa olimpiya komitəsinin 42-ci seminarı start götürüb.

Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr departamentinin direktoru Anar Bağırov təmsil edib. Avropa idman həftəsi çərçivəsində təşkil olunan toplantıda AOK-un 2030-cu ilə qədər strateji gündəliyinin hazırlanması istiqamətində əldə edilmiş irəliləyişlər və digər strateji məsələlərlə bağlı müzakirələr aparılıb.

Avropa olimpiya komitəsinin yay yeniyetmələr olimpiya festivalı çərçivəsində keçirilən komissiyanın görüşündə üzvü kimi Azər Əliyev də qatılıb. Sabah Paris-2024-ə hazırlıq ilə bağlı təşkil olunan BOK-un formu baş tutacaq. Tədbirdə Azərbaycanı adı çəkilən şəxslər təmsil edəcəklər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish