- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Şose velosipedi üzrə seçmə və U-23 milliləri beynəlxalq velosipedçilər ittifaqının 2.2 kateqoriyalı “Albaniya turu”nda mübarizə aparır.
Allsport.az saytı xəbər verir ki, əsas komandanın liderlərindən olan Elçin Əsədov 1-ci mərhələni ən yaxşı sprinterlərin sırasında – 7-ci pillədə başa vurub. O, aralıq finişlərində 17 xal toplayıb.
İdmançımız hazırda ümumi təsnifatda 6-cı yerdə qərarlaşıb. Millinin digər üzvü Musa Mikayılzadə ilk etapda 12-ci olub.
İlk mərhələdə qoşaçarxçılar 161 km məsafə qət ediblər. Yarışın ikinci mərhələsi isə iyunun 1-də keçiriləcək. Bu mərhələdə velosipedçilər 153 km məsafədə mübarizə aparacaqlar.