“Rafaelə böyük hörmətim var”

Serbiyalı tennisçi, “Böyük Dəbilqə”nin 24 qat qalibi Novak Cokoviç ispaniyalı Rafael Nadalla yenidən oynamağa ümid etdiyini bildirib və onu əsas rəqibi adlandırıb.

Allsport.az xəbər verir ki, bu barədə o, AS-ə açıqlama verib:

“Rafaelə böyük hörmətim var, o, yaxşı insandır, idmanımızın əfsanəsi və bütün bu müddət ərzində mənim ən böyük rəqibimdir. Mövsümün əvvəlində demişdim ki, ümid edirəm ki, onu oynaya biləcəyi bir neçə turnirdə görə biləcəyik. Və ümid edirəm ki, ona qarşı ən azı bir dəfə daha oynayacam. İndi onun gələcəyi ilə bağlı proqnoz verə bilmərəm. Lakin onun karyerasında etdiyi hər şey dünyada bir çox gənci ruhlandırıb”.

Həmin kateqoriyadan