- Baxış sayı: 39
- 13 May 2025 20:14
- Baxış sayı: 76
- May 13, 2025
- 0
Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı” turnirində rapid yarışlarına yekun vurulub.
Allsport.az xəbər verir ki, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FİDE dünya çempionu Rüstəm Qasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesabı ilə üstünlük qazanıb.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyalarının yekununa əsasən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.
Qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək.