Roma Papası ilə görüşdü

Üçqat “Böyük dəbilqə” çempionu və dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner yeni Roma Papası XIV Leo ilə görüşüb.

Allsport.az xəbər verir ki, idmançı valideynləri ilə birlikdə papanın Vatikandakı iqamətgahını ziyarət edib.

Sinner XIV Leo-ya raketka və tennis topu hədiyyə verib.

Papa daha əvvəl boş vaxtlarında tennis oynamağı xoşladığını demişdi. O, hətta xeyriyyə tennis matçı keçirməyi də istisna etməyib, lakin soyadı ingiliscədən “günahkar” kimi tərcümə olunan Sinneri dəvət etməməyi xahiş edib.

Həmin kateqoriyadan