- Baxış sayı: 48
- 11 Noyabr 2026 22:09
- Baxış sayı: 352
- Noyabr 09, 2026
- 0

Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi məqsədilə Avropa şurası tərəfindən təsis edilmiş “Antidopinqdə gender bərabərliyi üzrə komitə”nin 5-ci görüşü keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda komitənin sədri Şəfəq Hüseynli, iştirakçılara müəllifi layihə üzrə yeniliklərlə bağlı məlumat verərək, keçirilmiş sorğunun nəticələrini müzakirə edib. Görüş zamanı İNADO-nun seminarı və ÜADA-nın simpoziumu da müzakirə edilib. Avropa şurası və YUNESKO-nun sənədlərinin nəzərdən keçirilməsi də gündəmdə olan mövzular arasında olub.
Komitənin məqsədləri arasında bərabər hüquq və imkanların gücləndirilməsi, ən yaxşı təcrübələrin müəyyənləşdirilməsi və mümkün tövsiyələrin verilməsi yer alır.