“Sənin üçün mümkünsüz heç nə yoxdur”

Allsport.az saytı xəbər verir ki, “Mersedes”in fizioterapevti və Lüis Həmiltonun şəxsi məşqçisi Anjela Kallen komandadan ayrılıb. O duruma belə aydınlıq gətirib:

”Lüis sən bütün zamanların ən yaxşı yarışçısısan! Səninlə işləmək mənim üçün həm böyük şərəf, həm də əyləncəli idi. Sənin bütün nailiyyətlərin ilə qürür duyuram. Mənə etimad göstərdiyin üçün sənə minnətdaram.

Karyeranın növbəti mərhələsini izləməyi səbirsizliklə gözləyirəm. Sənin üçün mümkünsüz heç nə yoxdur. Özünə inanmağa davam et!”

Həmin kateqoriyadan