Şose velosipedi üzrə ölkə çempionatı

18-19 iyunda şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmələr, 2-ci turda “Drimlənd” qolf klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşmələrində mübarizə aparacaqlar.

Yarışın proqramına əsasən, fərdi ötüşmələrdə U-17 yaş kateqoriyasındakı idmançılar, gənc oğlanlar və qızlar, həmçinin U-23/elit yaş kateqoriyasında olan qadınlar 20 km, U-23/elit yaş kateqoriyasında olan kişilər isə 38 km məsafə qət edəcəklər.

Qrup ötüşmələrində 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənc qızlar və 23 yaşadək qadınlar 75 km, gənc oğlanlar 90 km, 23 yaşadək kişilər 120 km və elit yaş kateqoriyasında olan kişilər isə 135 km məsafədə yarışacaqlar.

Yarışın qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim ediləcək.

Həmin kateqoriyadan