Təhsil və peşə mərkəzlərinin 1-ci tanıtım sərgisində velosiped federasiyasının lövhəsi quraşdırılıb

“Hilton” mehmanxanasında təhsil və peşə mərkəzlərinin 1-ci tanıtım sərgisi olub. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi, Bakı şəhər gənclər və idman baş idarəsi, Bakı şəhəri üzrə təhsil tdarəsi, dövlət məşğulluq agentliyinin mərkəzi karyera filialının tərəfdaşlığı və “Vorld” karyera və peşə mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan sərgidə Azərbaycan velosiped federasiyasının lövhəsi də quraşdırılıb.

Tədbirdə iştirak edən Respublika olimpiya ehtiyat qüvvələri ixtisaslaşdırılmış uşaq-gənclər velosiped məktəbinin direktoru Səməndər Allahverdiyev, məşqçi-müəllimlər və idmançılar sərgi iştirakçılarına nu idman növü, federasiya, AVF-nin regionlarımızda fəaliyyət göstərən filialları, velosiped məktəbləri və digər mövzularda geniş məlumatlar veriblər.

Həmin kateqoriyadan