Trek velosipedi üzrə ölkə çempionatı başa çatıb

Respublika velotrekində trek üzrə Azərbaycan çempionatında 80 idmançı mübarizə aparıb. Allsport.az saytı xəbər verir ki, qızlarda QİT-500 m yarışında Ayan Xankişiyeva, gənc oğlanlarda QİT-1000 m yarışında Hüseyn Nərimanov, U-23/elit yaş kateqoriyasında kişilər arasında QİT-1000 m yarışında Musa Mikayılzadə, qızlar arasında 48 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 72 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 2 km məsafəyə fərdi ötüşmədə Viktoriya Sidorenko, gənc oğlanlar arasında 3 km məsafəyə fərdi ötüşmədə Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 3 km məsafəyə fərdi ötüşmədə Musa Mikayılzadə qalib olublar.

Qızlar arasında çıxmaqla qrup ötüşməsində Ayan Xankişiyeva, gənc oğlanlar arasında çıxmaqla qrup ötüşməsində Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında çıxmaqla qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 7,5 km məsafəyə skretç növü üzrə yarışda Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 10 km məsafəyə skretç növü üzrə yarışda Musa Mikayılzadə, qızlar arasında sprint növü üzrə yarışda Viktoriya Sidorenko və U-23/elit yaş kateqoriyasında kişilər arasında sprint növü üzrə yarışda Musa Mikayılzadə 1-ci yerə tutublar.

Qaliblərə mükafatları Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, bu nazirliyin baş məsləhətçisi Ülviyyə Hacıyeva, velosiped federasiyasının baş katibi Elnarə Musayeva, Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvləri Vüqar SalahovNadim Babayev, respublika olimpiya ehtiyat qüvvələri ixtisaslaşdırılmış uşaq-gənclər velosiped məktəbinin direktoru Səməndər Allahverdiyev və respublika velotrekinin direktoru Tamerlan Salahov təqdim ediblər.

Həmin kateqoriyadan