ÜADA-nın simpoziumunda ölkəmizi o təmsil edir

ÜADA idmançı bioloji pasportu simpoziumu təcrübələrin uyğunlaşdırılmasını və optimallaşdırılmasını, eyni zamanda bilik mübadiləsini təşviq etmək üçün İBP proqramlarının test etmə, idarəetmə, ekspert rəyləri və nəticələrin idarə edilməsi kimi maraqlı tərəfləri bir araya gətirib.

Allsport.az saytı xəbər verir ki, simpoziumda milli və regional antidopinq təşkilatların, beynəlxalq federasiyaların, idmançıların pasportlarının idarə edilməsi bölmələrinin, ÜADA-da akkreditə olunmuş laboratoriyaların nümayəndələri və pasportları yoxlayan İBP ekspertləri iştirak ediblər.

Tədbirdə AMADA-nın test şöbəsinin rəhbəri Kəmalə Babayeva da qatılıb.

Həmin kateqoriyadan