Ukraynalı tennisçi irqçilikdə günahlandırılıb

Dünyanın 25-ci tennisçisi Dayana Yastremskaya sosial şəbəkələrdə tənqid olunub və irqçilikdə günahlandırılıb. Allsport.az saytının məlumatına görə, ukraynalı Tvitterdə bir neçə fotonu yerləşdirib. Orada üzünün və bədəninin yarısı qəhvəyi rəngə boyanıb və “Bərabərlik” imzası yazılıb.

Sonradan silinən qeydin altındakı şərhlərdə, 20 yaşlı idmançını rasizimdə ittiham olunub. Abunəçilər hesab ediblər ki, şəkildə qara rəngli qrim qara rəngli insanların karikaturasıdır. Tanınmış tennis yazarı Ben Rotenberq bu paylaşımı “karantin əsnasında açılmanın yeni bir yolu” adlandırıb.

Həmin kateqoriyadan