31 ildən sonra

31 ildən sonra

Beynəlxalq şahmat federasiyası (FİDE) prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqlayıb.

Allsport.az xəbər verir ki, sentyabrın 26-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək seçkidə Almaniyanı təmsil edən Yan-Henrik Büttner və Vadim Rozenşteyn, həmçinin Qazaxıstan şahmat federasiyasının prezidenti Timur Turlov mübarizə aparacaq.

Hazırkı prezident Arkadi Dvorkoviç daha əvvəl Avropa İttifaqının sanksiya siyahısına düşdüyü üçün namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

1995-2018-ci illərdə FİDE-yə rəhbərlik etmiş Kirsan İlümjinov da prezidentliyə namizəd olmaq istəsə də, onun adı yekun siyahıya daxil edilməyib. Bunun səbəbi hələlik açıqlanmayıb.

Beləliklə, FİDE-yə 31 ildən sonra ilk dəfə Rusiya təmsilçisi olmayan prezident rəhbərlik edəcək. Kirsan İlümjinov 1995-2018-ci illərdə, Arkadi Dvorkoviç isə 2018-2026-cı illərdə qurumun prezidenti olub.

Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov 2018-ci ildən FİDE-nin vitse-prezidenti vəzifəsini də icra edir.

Həmin kateqoriyadan