“Yüksəl” təcrübə proqramının iştirakçıları ilə görüş

Oktyabrın 17-də Azərbaycan velosiped federasiyasında “Yüksəl” təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda görüş zamanı AVF-nin hakimlər kollegiyasının üzvü Əli Halfayev, ROEQİUGVM-in trek velosipedi üzrə məşqçisi Elçin Qəhrəmanov və respublika velotrekinin direktoru Tamerlan Salahov gənclərə velosipedin yaradılma tarixi, velosiped federasiyasının fəaliyyəti, filialları, velosiped məktəbləri, velosipedlərin növləri, yarışların təşkil edilməsi və qaydaları, təhlükəsizlik tədbirləri və “Əziz Şuşa” beynəlxalq velosiped yarışı haqqında geniş məlumatlar veriblər.

Sonra velotreki ilə tanışlıq olub. Proqram iştirakçıları yarış treki, fitnes zalı, velosipedə aid muzey və velosiped bokslarında olub, təlimatçıların nəzarəti ilə velosiped sürüblər.

Həmin kateqoriyadan