2-ci dəfə sumo yarışında

Azərbaycan yapon döyüş növləri və mədəniyyəti assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov Tokyoda baş tutan “Hakuho Cup 2025” də xarici ölkədən olan ilk hakim kimi çıxış edib.
Allsport.az xəbər verir ki, analoji hadisə ötən ildə də baş vermişdi. Turnir sumo tarixinin ən titullu idmançısı Hakuho-Shonun adına “Ryogoku Kokugikan” milli sumo arenasında təşkil edilib. Yarışdan sonra Yokozuna Hakuho ilə sumonun inkişafı və gələcək planlar müzakirə edilib. Hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Sumo üzrə dünya çempionatı 2026-cı ildə ilk dəfə Azərbaycanda keçiriləcək.

Həmin kateqoriyadan