- Baxış sayı: 50
- 11 Avqust 2026 22:12
- Baxış sayı: 250
- Avqust 12, 2026
- 0

Akademik avarçəkmə üzrə 2-qat olimpiya çempionu Olaf Tufte vəfat edib.
Allsport.az xəbər verir ki, norveçli idmançı 50 yaşında dünyasını dəyişib.
Məlumata görə, Tufte iyulun 20-də öz həyətində huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər onu tibbi helikopterlə Oslo xəstəxanasına çatdırsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb. Həkimlər onun ölümünü iyulun 21-də rəsmən təsdiqləyiblər.
Olaf Tufte akademik avarçəkmənin təkatlı qayıq növündə 2004-cü il Afina və 2008-ci il Pekin yay olimpiya oyunlarının qızıl medalını qazanıb. O, həmçinin dünya çempionatlarının ikiqat qalibi olub.
Tufte 1996-cı ildə Atlantadan başlayaraq 2020-ci il Tokio olimpiadasınadək ardıcıl yeddi yay olimpiya oyununda iştirak edən ilk norveçli idmançı kimi tarixə düşüb. O, son olimpiya yarışına 45 yaşında çıxmışdı.