- Baxış sayı: 35
- 25 Oktyabr 2026 10:55
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

Madriddə keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
Allsport.az xəbər verir ki, ikinci yarış günü Azərbaycan atletlərindən Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizəyə qoşulub.
56 kq çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub.
Məmmədtağıyev təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.
Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan Musab Məmmədtağıyev Avropa birinciliyinin qalibi adını qazanıb.