5 saatlıq görüşün sonunda sevinən tərəf kanadalı oldu

Kanadalı tennisçi Oje Alyassim Avstraliya açıq çempionatında 2-ci tura yüksəlib.

Allsport.az xəbər verir ki, turnirin startında dünyanın 30-cu raketkası Oje Alyassim ABŞ açıq 2020-nin qalibi avstriyalı Dominik Timdən üstün olub.

İdmançılar arasında 5 saatdan bir qədər çox davam edən görüş 6:3, 7:5, 6:7 (5:7), 5:7, 6:3 hesabı ilə kanadalının qələbəsi ilə başa çatıb.

Növbəti mərhələdə Oje Alyassim fransalı Huqo Qrenye ilə qarşılaşacaq.

Həmin kateqoriyadan