Alkarazdan qələbə şərhi

İspaniyalı tennisçi Karlos Alkaraz (dünyanın ən güclü 2-ci tennisçisi) Madriddə keçirilən Masters turnirinin 2-ci turunun matçında Emil Rusuvuori üzərində qələbəsini şərh edib.

Allsport.az xəbər verir ki, turnirin hazırkı qalibi Alkaraz ilk setdə 2:6 hesabı ilə uduzsa da, sonda rəqibi məğlub etməyi bacarıb (6:4, 6:2).

Karlos belə deyib: “Çox çətin idi. İlk hissədə uduzdum, amma məyus olmadım. Oyuna davam etdim və qazandım. Emil çox güclü rəqib idi. 2-ci hissədə hesab 3:3 olana qədər məndən yaxşı çıxış edirdi”.

Həmin kateqoriyadan