- Baxış sayı: 62
- 02 Avqust 2026 11:56
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

“Atletiko”nun və Niderland millisinin hücumçusu Memfis Depay, Dani Alveşi 1 milyon avroluq girov ödəməklə həbsdən azad etməyə kömək edib.
Allsport.az xəbər verir ki, fevralın 22-də Braziliya millisinin sabiq futbolçusu gecə klubunda əks cinsin nümayəndəsinə qarşı cinsi təcavüzdə təqsirli bilinərək 4 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi.
Keçən həftə məhkəmə hökmdən verilən apellyasiya şikayəti üzrə qərar çıxarılana kimi, Alveşi həbsdən buraxmağa və 1 milyon avro məbləğində girov təyin etməyə razılaşıb.