Blinkova növbəti mərhələdə

Anna Blinkova, San Dieqoda keçirilən turnirdə 1/4 finala yüksəlib.

Allsport.az xəbər verir ki, rusiyalı idmançı 2-ci mərhələdə ukraynalı Dayana Yastremskayaya qalib gəlib.
İlk setdə Blinkova taybreykdə 7:6 (8:6) daha güclü olub, 2-ci setdə rusiyalı ukraynalıya 2 oyun keçirməyə imkan verib. Yekun nəticə 7:6 (8:6), 6:2 olub. Qarşılaşma 1 saat 27 dəqiqə davam edib.

Blinkova 1/4 finalda Cessica Pegula ilə qarşılaşacaq. Qarşılaşma martın 1-də baş tutacaq.

Həmin kateqoriyadan