“Çimayevlə döyüşmək istəyirəm”

Orta çəki dərəcəsində UFC çempionu Bilal Məhəmməd açıqlama verib.

Allsport.az xəbər verir ki, amerikalı idmançı Həmzət Çimayevlə qarşılaşmaq istədiyini bildirib:

“Çimayevlə döyüşmək istəyirəm. Həmzəti orta çəkidə olarkən döyüşə çağırmışdım. Bu, həqiqətən də keçirmək istədiyim döyüşlərdən biridir. Həmişə ən çətin çağırışları, ən çətin rəqibləri axtarıram. Düşünürəm ki, Həmzət üslub baxımından mənə çox yaraşır.
Mənim onu məğlub etmək üçün taktikam var. O, döyüşə raket kimi çox sərt başlayır. Sadəcə bunun öhdəsindən gəlmək lazımdır. Mənim üçün əsas odur ki, onu sonrakı raundlara çıxarım və sonra qalib gəlməyə başlayım”.

Həmin kateqoriyadan