Cokoviç ABŞ çempionatında iştirak etmək üçün ümidlidir

“Böyük dəbilqə”nin 22 qat qalibi Novak Cokoviç ABŞ Açıq çempionatında oynamaq ümidini itirmədiyini deyib.

Allsport.az xəbər verir ki, tennisçi deyib: “Mən həqiqətən orada oynamaq istəyirəm. Əslində, 2021-ci ildə finalda Daniilə uduzduğum zaman bu, yəqin ki, Nyu-York tamaşaçıları ilə keçirdiyim ən yaxşı anlardan biri olmuşdu. Mənə bu turnirdə 3 dəfə qalib olmaq, bir çox finallarda oynamaq qismət olub. Bəzi matçlarda uduzsam da, insanlardan böyük sevgi və təqdir aldım. Geri qayıtmaq, oradakı izdihamla qovuşmaq istəyirəm. Ümid edirəm ki, bu baş verəcək”.

Serbiyalı tennisçiyə COVID-19 peyvəndi sertifikatı olmadığı üçün ABŞ vizası verilməyib.

Həmin kateqoriyadan