Cokoviç bu turnirdə iştirak etməyəcək

“Böyük dəbilqə” yarışlarının 22 qat qalibi serbiyalı Novak Cokoviç “İndian Wells Masters” yarışını buraxacaq.

Allsport.az xəbər verir ki, əsas püşkatmada Cokoviçi gürcüstanlı Nikoloz Basilaşvili əvəzləyəcək.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, serbiyalı oyunçu ABŞ hökuməti tərəfindən ona koronavirusa qarşı peyvənd edilmədən ölkəyə daxil olmaq hüququnun verilməsi xahişindən imtina edib. Florida ştatının respublikaçı senatorları Rik Skott və Marko Rubio Co Bayden administrasiyasını işə müdaxilə etməyə və Cokoviçə rəqabət aparmağa icazə verməyə çağırıb.

ABŞ hökumətini tənqid edən amerikalılar Con İsner və Reilli Opelka da daxil olmaqla, bir neçə tennisçi Novak Cokoviçə dəstək verib.

Həmin kateqoriyadan