Cokoviç sensasiyalı şəkildə mübarizəni dayandırıb

Allsport.az xəbər verir ki, 22 qat “Böyük dəbilqə” çempionu, dünyanın 1 nömrəli tennisçisi Novak Cokoviç Monte Karloda (Monako) keçirilən “Masters” seriyalı turnirdə 1/4 finala yüksələ bilməyib.

3-cü tur matçında Cokoviç sensasiyalı şəkildə dünyanın 21-ci raketkaçısı, italiyalı Lorenzo Musettiyə 6:4, 5:7, 4:6 hesabı ilə məğlub olub. Tennisçilərin görüşü 2 saat 56 dəqiqə davam edib.

Mötəbər yarışın yarımfinalına yüksəlmək üçün 21 yaşlı Musetti həmyaşıdı və həmyerlisi – dünyanın 8-ci raketkaçısı Yannik Sinnerlə mübarizə aparacaq.

Həmin kateqoriyadan