Dopinq nəzarəti avadanlığı şirkəti ilə görüş

Milli antidopinq agentliyi və dopinq nəzarət avadanlıqlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan İsveçrənin “Berlinger Qrup” arasında görüş olub. Allsport.az saytı xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli və şirkətin rəhbəri Andrea Berlinger Şvayterin iştirak etdiyi toplantıda əməkdaşlıq məsələləri müzakirə edilib.

“Berlinger Group” əczaçılıq və tibb sənayesində temperatura həssas məhsulların və nümunələrin saxlanılması və daşınmasını təmin edən avadanlıqların istehsalı üzrə dünyanın ən böyük üç şirkətindən biridir. Şirkət, dopinq nəzarət avadanlıqları üzrə AMADA-nın təchizatçısıdır. Tərəflər arasında əməkdaşlıq 6 ildir davam edir.

Həmin kateqoriyadan