- Baxış sayı: 60
- 08 May 2026 18:01
- Baxış sayı: 161
- May 08, 2026
- 0

Serbiyalı tennisçi Novak Cokoviç, Parisdə keçirilən “Masters” turnirinin üçüncü raunduna yüksəlib.
Allsport.az xəbər verir ki, 1/16 final mərhələsində dünyanın birinci raketkası, ATP reytinqində 31-ci yeri tutan argentinalı Tomas Martin Etçeverri ilə qarşılaşıb. Rəqiblər arasında 1 saat 25 dəqiqə davam edən görüş hər iki setdə Cokoviçin qələbəsi ilə başa çatıb – 6:3, 6:2.
Novak üçüncü turda dünyanın 23-cü raketkəsi hollandiyalı Tallon Qriekspurla qarşılaşacaq.