Endi Marrey həyat yoldaşı və uşaqları ilə

Allsport.az xəbər verir ki, tennis üzrə 3-qat “Böyük dəbilqə” çempionu, 2-qat olimpiya çempionu, britaniyalı Endi Marrey sosial şəbəkələrdə ailə fotolarını yerləşdirib.

35 yaşlı idmançı və onun həyat yoldaşı Kim Sirsin 4 övladı var. Onlardan 2-si qızdır: Sofiya Edie. Oğlan uşağının adı isə Teddi Barrondur. 2021-ci ilin martında Endinin 4-cü övladı doğulub. Lakin onun adı və cinsi açıqlanmayıb.

“İspaniyanın Marbella şəhərində komandam və ailəmlə birlikdə gözəl bir məşq həftəsini başa vurdum. Bura necə də gözəl yerdir! Bizə qayğı göstərdiyiniz üçün çox sağ olun. İndi 2017-ci ildən bəri ilk dəfə çıxış edəcəyim Monte Karloda “Masters”ə gedirəm! Mənə uğurlar diləyin” – deyə Marrey paylaşımına şərh verib.

Monte Karlodakı (Monako) “Masters” turniri aprelin 9-dan 16-dək keçiriləcək. Marrey kanadalı Denis Şapovalovu kənarlaşdırdıqdan sonra turnirin əsas püşkatmasına çıxıb.

Həmin kateqoriyadan