GIN-in 30-illiyinə Gəncə açıq birinciliyi

Gənclər və idman Nazirliyinin yaranmasının 30 illiyinə Göygöl olimpiya idman kompleksində Gəncə-Daşkəsən regional gənclər və idman idarəsinin və Azərbaycan MMA qrapplinq federasiyasının birgə təşkilatçılığı ilə qrapplinq növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Gəncə açıq birinciliyi keçirilib.

Allsport.az saytı xəbər verir ki, yarışda Şəmkir, Şamaxı, Göygöl, Gəncə, Bərdə və Gədəbəy rayonundan 130 idmançı mübarizə aparıb. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Həmin kateqoriyadan