- Baxış sayı: 13
- 02 Noyabr 2026 14:53
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara» Avropa Çempionlar Liqasının 1/4 finalında ilk matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, səfərdə Rumıniyanın «Baia Mare» klubu ilə qarşılaşan «ağ-göylər», 2 top yərqi ilə məğlub olublar – 23:25. Halbuki Volqaqrad təmsilçisi fasiləyə 12:11 üstün yollanmışdı.
Bu matçda həmyerlimiz ehtiyat oyunçular skamyasında əyləşib. Cavab matçı 1 həftə sonra Rusiyada baş tutacaq.