- Baxış sayı: 60
- 18 İyun 2026 00:32
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

İspaniyalı tennisçi, “Böyük Dəbilqə” yarışlarının bir neçə dəfə qalibi Rafael Nadal “İndian-Vells”də keçirilən “Masters” turnirində iştirak etməyəcək.
Allsport.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib:
“Böyük kədərlə “İndian Vellsdə”ki bu gözəl turnirdən imtina etməliyəm. Hamı bilir ki, mən buranı nə qədər sevirəm və burada oynamağı nə qədər arzu edirəm.
Mən çox çalışmışam və məşq etmişəm və hamınız bilirsiniz ki, mən bu həftə sonu imtahan vermişəm, lakin özümü belə mühüm tədbirdə ən yüksək səviyyədə oynamağa hazır hiss etmirəm”.