“İdmandan ayrıldığımı rəsmən elan etmək istəyirəm”

Xorvatiyalı tennisçi İvo Karloviç peşəkar karyerasını başa vurub.

Allsport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylaşım edib:

“Bəziləriniz bir müddətdir ki, turnirdə iştirak etmədiyimi fərq etdiniz və hələ də hər gün məndən nə vaxt qayıdacağımı soruşursunuz. Sizi məyus etdiyim üçün üzr istəyirəm, amma bu paylaşımla idmandan ayrıldığımı rəsmən elan etmək istəyirəm.

Mən tennisə yaxın qalacağam və öz biliklərimi və inanılmaz təcrübəmi yeni nəsil tennisçilərlə bölüşməyə çalışacağam”.

Həmin kateqoriyadan