Keçmiş futbolçu evində ölü tapıldı

Milli futbol liqasının (NFL) keçmiş oyunçusu Vontey Devis 35 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, onun cəsədi Floridadakı evində tapılıb. Polisin hesabatında idmançının cəsədində zorakılıq nəticəsində ölüm əlamətlərinin olmadığı qeyd edilib. Bununla belə, polis hadisənin başvermə şəraitini araşdırmağa davam edir.

Davis NFL-də 121 oyun keçirib və 2018-ci ildə təqaüdə çıxıb.

Həmin kateqoriyadan