“Mənim həmişə yüksək ambisiyalarım və məqsədlərim var”

Allsport.az xəbər veri rki, dünyanın ən yaxşı tennisçisi Novak Cokoviç 2024-cü ildə bütün Böyük Dəbilqə turnirlərinin qalibi olmaq və təkbətək yarışlarda Olimpiya çempionu olmaq istədiyini bildirib:

“4 Böyük Dəbilqə və 1 Olimpiya qızılı qazanmış ola bilərəm. Mənim həmişə yüksək ambisiyalarım və məqsədlərim var. Gələn il heç nə dəyişməyəcək.

Motivasiyam hələ də yerindədir. Bədənim istədiyim performansı sərgiləmək üçün kifayət qədər dözümlü oldu. Mükəmməl komandam var”.

Həmin kateqoriyadan