“Mənim üçün çox vacib tituldur”

İspaniyalı tennisçi Karlos Əlqərəz “İndian-Vells”də keçirilən “Masters” finalında rusiyalı Daniyel Medvedev üzərində qələbəsini şərh edib.

Allsport.az xəbər verir ki, o, zədəsi haqda da söz açıb:

“Bu, mənim üçün çox vacib tituldur. Turnirdən əvvəl topuqla bağlı çox şübhələrim var idi. İlk məşqi xatırlayıram – yalnız yarım saat.

Çox yaxşı oyunçularla ilk məşqlərdə çox çətin idi, çünki düşünürdüm ki, özümü ən yaxşı tərəfdən göstərə bilməyəcəm. Topuğumda problemlər var idi, ona görə də şübhələr çox idi.

Amma ilk matçda meydançaya çıxanda özümü daha yaxşı hiss edirdim. Və hər matçda yaxşılaşırdım. Yenidən qalib gəlməyi bacardığım üçün əla oldu”.

Həmin kateqoriyadan