Məşqçimiz beynəlxalq sertifikata layiq görülüb

Gənc məşqçi Cahid Əlhəsənov BVF ilə keçirilən “Shuttle Time Trainer” kursunu müvəfəqiyyətlə başa vurub. Allsport.az xəbər verir ki, o, beynəlxalq məşqçilik sertifikatına layiq görülüb.

Cahid Əlhəsənov Albaniyanın Korça şəhərinda təşkil olunan kursda ən yüksək səviyyə sayılan “Trainer” sertifikatını əldə edib. Bu uğur ona “Shuttle Time Tutor” və “Shuttle Time Teacher” sertifikatları üzrə təlimləri keçmək hüququ qazandırıb.

O, yığmanın baş məşqçisi Murtuza Validarvi və məşqçi Ürfan Rzabəylidən sonra “Trainer” sertifikatını əldə edən 3-cü mütəxəssis olub.

Həmin kateqoriyadan