- Baxış sayı: 60
- 18 İyun 2026 00:32
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Tennisçi Zeynəb Əli Naquim, İslamabadda yeniyetmələr arasında İTF turniri zamanı dünyasını dəyişib. Allsport.az xəbər verir ki, bu barədə Pakistan tennis federasiyası məlumat yayıb.
Faciə fevralın 12-də axşam saatlarında baş verib. Matçdan sonra 17 yaşlı tennisçi otağına keçib və oradan çıxmayıb. Onun uzun müddət yoxluğu narahatlığa səbəb olub. Otağa girmək mümkün olmayıb və bu da rəhbərliyin qapını sındırmasına səbəb olub. İçəri girəndə Zeynəbi hamamda ölü tapdılar.
Faciə ilə əlaqədar turnirdə bütün görüşlər bir gün təxirə salınıb.