- Baxış sayı: 78
- 06 Noyabr 2026 18:12
- Baxış sayı: 343
- Noyabr 09, 2026
- 0

Peşəkar tennis assosiasiyası (ATP) təklərin yenilənmiş reytinq cədvəlini dərc edib.
Allsport.az xəbər verir ki, rusiyalıların ən yaxşısı Rotterdamda keçirilən turnirin qalibi italiyalı Cannik Sinnerdən geri qalaraq 3-cü yerdən 4-cü yerə enən Daniyel Medvedev olaraq qalır.
Sinner 1973-cü ildə reytinq dərc olunmağa başlayandan bəri ATP reytinqinin ilk 3-lüyündə olan ilk italiyalı olub.
Serbiyalı Novak Cokoviç lider olaraq qalır, 2-ci yerdə ispaniyalı Karlos Əlqərəz gəlir.