Nadal Barselonadakı turnirdən imtina edib

Allsport.az xəbər verir ki, ispaniyalı tennisçi Rafael Nadal aprelin 17-dən 23-dək Barselonada keçiriləcək turnirdə iştirak etməyəcək.

“Barselonadakı turnir mənim üçün xüsusi yarışdır və evdə oynamaq həmişə unikal təcrübədir. Amma hələ hazır deyiləm və buna görə də yarışa qayıtmaq üçün hazırlıq prosesini davam etdirirəm. Dostum David Ferrer (Barselona turnirinin direktoru) və onun bütün komandasına uğurlar arzulayıram. Turnir həmişə olduğu kimi, şübhəsiz ki, uğurlu olacaq” – deyə Nadal sosial şəbəkədə yazıb.

Həmin kateqoriyadan