Nadal Barselonadakı turnirdən imtina etməsinin səbəbini açıqlayıb

Allsport.az xəbər verir ki, 22-qat “Böyük dəbilqə” çempionu, keçmiş dünya 1-cisi Rafael Nadal Barselona şəhərində keçirilən ATP 500 turnirindən niyə imtina etmək qərarına gəldiyini açıqlayıb. O bildirib:

“Barselonadakı turnir mənim üçün xüsusidir. Çünki mənim klubum buradadır və evdə oynamaq həmişə unikal təcrübədir. Hələ hazır deyiləm. Yarışa qayıtmağa hazırlaşıram. Dostum David Ferrer və onun bütün komandasına uğurlar arzu edirəm. Əminəm ki, turnir həmişəki kimi uğurlu olacaq”.

Rafael Nadal Avstraliya Açıq çempionatının 2-ci raundunda amerikalı tennisçi Makkenzi Makdonaldla görüşdə zədələnmişdi.

Həmin kateqoriyadan