- Baxış sayı: 79
- 06 Noyabr 2026 18:12
- Baxış sayı: 353
- Noyabr 09, 2026
- 0

Karlos Alkaras peşəkar tennis assosiasiyası (ATP) turnirlərində 132-ci oyununu keçirib
Allsport.az xəbər verir ki, “Indian Wells masters” turnirində Tallon Grekspor-u 2-0 (7-6, 6-3) məğlub edən 19 yaşlı Karlos 1/8 finala yüksəlib.
Beləliklə, dünya reytinqinin 2-ci pilləsində qərarlaşan ispaniyalı raketka Con Makenrodan (131 oyun) sonra ATP səviyyəsində 100 qələbəyə çatan ən sürətli 2-ci tennisçi olub.
O, Andre Aqaşi (135), Rafael Nadal (137), Mats Wilander ,Cimmy Conors (138), Boris Becker (140), Novak Cakoviç (143) və Roser Federer (169) kimi ulduz oyunçuları geridə qoyub.
2022-ci il ABŞ açıq çempionatında ilk böyük dəbilqə titulunu qazanan Alkaraz dünya təsnifatında 1 nömrəyə çatan ən gənc kişi tennisçi olub.