“O, məndən tamamilə üstün idi”

Allsport.az xəbər verir ki, dünyanın bir nömrəsi Novak Cokoviç Avstraliya açıq çempionatının yarımfinalında Yannik Sinnerə qarşı matçdakı məğlubiyyətini şərh edib:

“O, məndən tamamilə üstün idi. Mən öz oyun səviyyəmdən pis mənada şoka düşdüm. Bu, mənim ən pis Grand Slam matçlarımdan biri idi.

Düzünü desəm, bütün turnir boyu ən yaxşı formamda oynamadım. Ola bilsin ki, Mannarino ilə matç əla alındı, amma əksər matçlarda Avstraliyada adətən oynadığım səviyyədə oynamadım. Bu, müəyyən mənada məni təəccübləndirdi, çünki ilk 2 setdə o qədər də pis olmayacağını düşündüm. Bəziləri deyəcək ki, yarımfinal, əlbəttə ki, əla nəticədir, amma mən həmişə özümdən maksimumu gözləyirəm və bu gün bu, baş vermədi”.

Həmin kateqoriyadan